“Mançester Yunayted” “Arsenal”a çatdı
“Mançester Yunayted” İngiltərə Premyer Liqasında standart vəziyyətlərdən vurulan qol sayına görə “Arsenal”a çatıb.
Msport.az xəbər verir ki, XIII turda səfərdə “Kristal Palas”ı 2:1 hesabı ilə məğlub edən “qırmızı şeytanlar” hər iki qolu Bruno Fernandeşin yerinə yetirdiyi cərimə zərbələrindən sonra vurublar.
Bununla da Mançester təmsilçisinin 2025/2026 mövsümündə penaltilər istisna olmaqla standart vəziyyətlərdən vurduğu qolların sayı 10-a yüksəlib. Bu göstərici ilə komanda “Arsenal”la bərabərləşərək cari mövsümdə liqanın ən yaxşı nəticəsinə sahib olub.
Qeyd edək ki, 13 turdan sonra 21 xalı olan “Mançester Yunayted” turnir cədvəlində 7-ci pillədə qərarlaşıb və lider “Arsenal”dan 9 xal geri qalır.







