featured-image-63329

“Mançester Yunayted” futbolçusu Antonini yayda yaxşı qiymətə satmaq istəyir.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” braziliyalı vingerin icarə əsasında oynadığı “Betis”dəki uğurlu çıxışından sonra bu fikrə düşüb. Klub rəhbərliyi mümkün satışdan 40 milyon funt-sterlinq qazanmağı planlaşdırır.

İddiaya görə, 25 yaşlı oyunçu Madridin “Atletiko”su, eləcə də İtaliya çempionatının bir neçə klubu maraqlanır. “Betis” isə Antoninin icarə müddətini uzatmaq istəyir. Lakin ispan klubunun rəhbərliyi başa düşür ki, ingilislərin şərtlərini yerinə yetirmək onlar üçün çətin olacaq.

Antoni ötən ilin yanvarında icarə əsasında “Betis”ə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 12 matçda iştirak edib, 4 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Futbolçunun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bənzər xəbərlər