“Mançester Yunayted”in hücumçusu 1 ay oynamayacaq
“Mançester Yunayted”in hücumçusu Benyamin Şeşkonun durumuna aydınlıq gəlib.
Msport.az xəbər verir ki, İngiltərə Premyer Liqasının XI turunda “Tottenhem”ə qarşı keçirilən matçda zədə alan sloveniyalı forvard bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Şeşko 4 həftə – təxminən bir ay komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, bu yay “Leyptsiq”dən “Mançester Yunayed”ə transfer olunan Şeşko bütün turnirlər nəzərə alınmaqla 11 matçda 2 qol vurub. 1 dəfə məhsuldar ötürmə müəlifi olib.







