“Mançester Yunayted”in hücumçusu klubu tərk etmək istəyir
“Mançester Yunayted”in hücumçusu Coşua Zirkzee qışda komandasını dəyişə bilər. Msport.az xəbər verir ki, niderlandlı futbolçunu “Roma”ya icarəyə götürmək istəyir.
24 yaşlı forvard DÇ-2026 ərəfəsində oyun təcrübəsini artırmaq niyyətindədir. Zirkzee menecerindən daim oynaya biləcəyi klub tapmasını isətyib.
Qeyd edək ki, o, Niderland millisinin oktyabrdakı oyunlarına dəvət almayıb.
Zirkzee bu mövsüm bütün turnirlərdə 4 matçda meydana çıxıb. Onun “Mançester Yunayted”lə müqaviləsi 2029-cu ilə qədərdir.