“Mançester Yunayted” Ronaldonu icarəyə verməyə razıdır
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ranonaldo digər kluba icadrə əsasında keçə bilər. Msport.az xəbər verir ki, bu məlumatı “Mirror” yayıb.
Mənbənin sözlərinə görə, İngiltərə klubunun rəhbərlliyi 37 yaşlı futbolçunu buraxmaq istəmir. “Qırmızı şeytanlar” müqaviləni 2024-cü ilədək uzadıb sonra portuqaliyalı forvardı icarəyə göndərmək niyyətindədirlər.
“Mançester Yunayted” güman edir ki, yeni mövsümdə Çempionlar Liqasına vəsiqə qazana biləcək və Ronaldo geriqayıdaraq 2023-2024-də komandaya kömək edəcək.
Bir qədər əvvəl Ronaldonun “Atletiko”ya keçməsinə razılıq verdiyi barədə xəbər yayılmışdı.
Portuqaliya millisinin lideri 2021-ci ildən “Mançester Yunayted”də çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ilə qədərdir.







