“Mançester Yunayted” – “Sabah” oyunu belçikalılara tapşırıldı
UEFA Gənclər Liqasında “Mançester Yunayted” və “Sabah”ın U-19 komandası arasında keçiriləcək oyunun hakimləri bəlli olub.
Msport.az xəbər verir ki, qarşılaşma Belçikadan olan ədalət təmsilçilərinə tapşırılıb.
FIFA referisi Simon Burdohueyə həmyerliləri Maykl Qeerolf və Yonas Van Duk kömək göstərəcəklər. Görüşün dördüncü hakimi hələlik açıqlanmayıb.
Qeyd edək ki, UEFA Gənclər Liqasındakı qarşılaşma senyabrın 10-da Mançester şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.







