Mançini Sakkiyə çatdı
Roberto Mançinin İtaliya milli komandasının tarixində ən çox qələbə qazanan məşqçilər siyahısında 3-cü yerə yüksəlib.
Msport.az “Opta Sports”a istinadən xəbər verir ki, Millətlər Liqasının 6-cı turunda Mançinin çalışdırdığı İtaliya Macarıstanı səfərdə 2:0 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb. Bu, 57 yaşlı mütəxəssisin yığmada 34-cü qələbəsi (55 oyunda) olub. O, bu göstəriciyə görə Arriqo Sakkiyə çatıb – 53 oyun.
Rekord Vittorio Potsoya məxsusdur. O, 95 matçda 63 qalibiyyət əldə edib. İkinci yerdə Entso Bearzotdur (88 oyunda 40 qələbə).
Mançini 2018-ci ildən İtaliya yığmasını çalışdırır. O, “Skuadra Adzurra”nı Avro-2020-nin qalibi etsə də, komandanı DÇ-2022-yə çıxara bilməyib.