featured-image-70425

Fransa millisinin hücumçusu Kilian Mbappe sağ topuq bağlarının dartılması səbəbindən bərpa kursu keçir.

Msport.az xəbər verir ki, 26 yaşlı futbolçu bərpa prosesini həm Fransa millisinin, həm də “Real”ın həkimlərinin birgə nəzarəti altında keçirir.

Mbappe Fransa millisinin Azərbaycan yığması ilə oyunun ilk ümumi məşqini buraxıb. Ona fizioterapiya və yüngül zal məşqləri təyin olunub.

Mbappenin kapitanı olduğu Fransa millisi oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsində Parisdə Azərbaycan yığması ilə qarşılaşacaq.

Bənzər xəbərlər