featured-image-13855

PSJ-nin hücumçusu Kilian Mbappe komandanın yay transfer dövründəki fəaliyyətindən narazı qalıb. Msport.az RMC Sport-a istinadən xəbər verir ki, Fransa millisinin forbardı rəhbərliyin sırf hücumçu ala bilməməsindən narahatdır.

Mənbənin sözlərinə görə, Mbapeyyə demişdilər ki, komandanı gücləndirəcəklər, amma maliyyə fair-play-ə də əməl olunacaq.

23 yaşlı futbolçu güman edirdi ki, PSJ sırf “9 nömrə”  mövqeyinə Levandovski, Reşford, Usman Dembele və ya Canluka Skamakka kimi oyunçu alacaq.

PSJ-nin idman direktoru Luiş Kampuş bu məsələdə fransalı hücumçu ilə razıdır. Portuqaliyalı funksioner bu yaxınlarda verdiyi müsahibədə demişdi ki, yay transfer fəaliyyəti heç də uğurlu olmayıb.

 

Bənzər xəbərlər