featured-image-72134

“Çelsi”nin 18 yaşlı braziliyalı hücumçusu Estevao Villian Kilian Mbappe və Erlinq Halandın nailiyyətlərini təkrarlayıb.

Msport.az xəbər verir ki, o, start heyətində meydana çıxdığı ilk üç UEFA Çempionlar Liqası matçında 19 və ya daha az yaşda qol vuran üçüncü futbolçu olub.

O, bunu ötən gün Liqa mərhələsinin V turunda “Barselona”ya (3:0) qarşı görüşün 55-ci dəqiqəsində fərqlənməklə reallaşdırıb.

Estevao daha əvvəl start heyətində meydana çıxdığı “Ayaks”a (Niderland, 1:0) və “Qarabağ”a (Azərbaycan, 2:2) qol vurmağa nail olmuşdu. Buna qədər hücumçu UEFA Çempionlar Liqası matçlarında yalnız ehtiyatdan meydana daxil olurdu.

Qeyd edək ki, daha əvvəl “Real”ın üzvü Kilian Mbappe (18 yaş) və Erlinq Holann (19 yaş) bunu bacarmışdı.

Bənzər xəbərlər