Mbappenin yubileyi – 400-cü qol
“Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe klub və milli karyerasında 399 və 400-cü qollarını vurub.
Msport.az xəbər verir ki, bu, DÇ-2026-nın seçmə mərhələsinin IX turunda Ukrayna millisi üzərində 4:0 hesablı qələbə qazanılan oyunda baş verib.
26 yaşlı Mbappe əfsanəvi Peledən sonra futbol tarixində bu mərhələyə çatan ən gənc ikinci oyunçu və 27 yaşı tamam olmamış bunu edən yalnız ikinci oyunçu olub.
Mbappe klub səviyyəsində “Monako”da 27, “Real Madrid”də 62 və PSJ-də 256 qol vurub. Onun həmçinin Fransa millisində 55 qolu var.







