featured-image-46261

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 29-cu turunda öz meydanında “Sabah” üzərində qələbə qazanıb – 2:0.

Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Krunoslav Renduliç futbolçularından razı qalmadığını deyib:

“Heyətdə itkilərimiz çox olsa da, məğlubiyyəti bununla bağlamaq istəmirəm. Heyətimizdə kifayət qədər oyunçu var. Bilirdik ki, “Turan Tovuz” öz meydanında aqressiv oynayır və bizə çətin olacaq.  Lakin birinci hissədə kobud səhv etdik və rəqib fərqləndi. İkinci qoldan sonra isə artıq oyuna qayıtmaq çətin oldu. Rəqibi təbrik edirəm”.

Renduliç “Sabah”ın zədəli oyunçuları haqqında da danışıb: “Bəzi futbolçularımız var ki, onların zədəsi çox da ciddi deyil. Bir neçə günə meydana qayıda biləcəklər. Lakinn yenə də demək istərdim ki, məğlubiyyəti zədəli futbolçulara bağlamaq istəmirəm. Birinci hissədə kobud səhvdən sonra qapımızda qol gördük. İkinci hissədə də daha bir kobud səhv və 2-ci qolu buraxdıq. Bundan sonra oyunu çevirmək çətin idi”

“Sabah”ın yeni baş məşqçisi Azərbaycan Premyer Liqasındakı rəqabət barədə də fikirlərini bildirib: “Mənim öncədən də səsləndirdiyim bir fikir var idi ki, 5-6 komanda təxminən bərabər səviyyəlidir. Turnir cədvəlində də bir-birinə çox yaxındırlar. Bu komandalardan gah biri, gah digəri turnir cədvəlində önə çıxır. Belə oyunlarda səhv  etmək olmaz. Təəssüf ki, bu gün səhvlərə yol verdik və uduzduq”.

 

 

Bənzər xəbərlər