featured-image-42132

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk oyundan əvvəl konsert proqramı olacaq. Matc.az xəbər verir ki, fevralın 4-də Premyer Liqanın XXI turu çərçivəsində baş tutacaq “Sumqayıt” – “Neftçi” görüşü öncəsi təxminən yarım saatlıq musiqili proqram təşkil ediləcək.

Həmçinin qarşılaşma üçün bilet satışı da nəzərdə tutulub.

“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumatı təsdiqləyib. O, müəyyən tədbirlərin nəzərdə tutulduğunu söyləyib: “İstəyirik ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təmirdən sonrakı ilk matçda azarkeşlərə əsl bayram əhval-ruhiyyəsi yaşadaq. Konkret necə olacağı, konsert proqramında kimlərin iştirak edəcəyi hələ bəlli deyil. Amma görüşdən əvvəl maraqlı nələrsə etməyi düşünürük”.

Klub rəsmisi bilet satışı ilə bağlı “iTicket”lə razılaşdıqlarını da vurğulayıb: “Bilet satışı ilə bağlı məlumatlar da doğrudur. Ölkənin yeganə onlayn bilet satış platforması olan “iTicket”lə artıq razılaşma əldə etmişik. Yaxın günlərdə bilet satışını elan edəcəyik. Qiymətlər barədə yekun qərar olmasa da, bütün azarkeşlərimizin bizi izləyə bilmələri üçün münasib rəqəmlər nəzərdə tutulacaq”.

Qeyd edək ki, fevralın 4-də keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 15:00-da başlayacaq. (Report)

Bənzər xəbərlər