featured-image-14097

Rumıniyanın Buftya şəhərinin məhkəməsi “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfla keçmiş həyat yoldaşı Anamariya Prodanın şikayətinə baxıb.

Msport.az xəbər verir ki, sabiq cütlüyün bir-birilə bağlı müraciəti qismən təmin edilib.

Qərara əsasən, 47 yaşlı mütəxəssis 4 ay ərzində keçmiş xanımına 200 metrdən az yaxınlaşa bilməz. Prodan üçün bu məhdudiyyət isə 2 aya bərabərdir. Ona bu müddət ərzində Regekampfa zəng vurmaq belə, qadağan olunub.

Qeyd edək ki, Regekampfla Prodan arasında bir müddət öncə insident baş verib. Keçmiş hıyat yoldaşının Buxarestdəki evinə gedən rumıniyalı baş məşqçi ona fiziki təzyiq göstərib. Hadisə nəticəsində hər iki şəxs xəsarət alb və ilkin tibbi yardıma ehtiyac duyulub.

Bənzər xəbərlər