“Məmmədov mövsümün əvvəlindən olsaydı, xalların sayı 13-dən çox olardı”
“Rahil Məmmədov, Hüseyn Baliç kimi futbolçular mövsümün əvvəlindən Lodz klubunda çıxış etsəydilər, yəqin ki, xalların sayı 13-dən çox olardı”.
Msport.az xəbər verir ki, bunu Polşanın “Varta” klubunun baş məşqçisi David Şulçzek ölkə çempionatının XXIV turunda LKS ilə keçirəcəkləri oyun ərəfəsində deyib.
O, Rahil Məmmədovu LKS-in ən güclü futbolçularından biri adlandırıb: “LKS qış fasiləsindən sonra daha yaxşı oynayır. Buna transferlər təsir edir”.
Qeyd edək ki, bu gün keçiriləcək “Varta” – LKS matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Hazırda LKS 13 xalla turnir cədvəlinin son pilləsində qərarlaşır.