Məmmədov Polşa klubunda debüt etdi
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın LKS klubunda debüt edib.
Msport.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Qazaxıstanın “Atırau” komandasına qarşı keçirdikləri yoxlama oyununa start heyətində başlayıb.
Saat 16:30-da start götürmüş matçda hesab hələ ki, açılmayıb.
Qeyd edək ki, Rahil Məmmədov Lodz təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb.