featured-image-50187

Kolumbiyalı qadın boksçu Enci Valdes Azərbaycan millisinə cəlb oluna bilərmiş.

Msport.az xəbər verir ki, bu barədə idmançı özü açıqlama verib.

Boksçu bildirib ki, Kolumbiya yığmasından kənarda qaldıqdan sonra məşqçisi ona Azərbaycana getməyi təklif edib: “Orada mənə ayda 1200 dollar verəcəkdilər, beləcə ailəmə kömək edə biləcəkdim. Kolumbiyada lazımi dəstəyi almadım. Anam həmin vaxt həbsdə idi və Azərbaycan variantı mənim üçün yaxşı fürsət idi”.

Valdes ölkəmizdə əsl ulduz kimi qarşılandığını söyləyib: “Mənə lazım olan hər şeyi aldılar, qayğıma qaldılar, bir ay keçdi və söz verdiklərini tam yerinə yetirdilər. Dedim ki, burada qalacağam. Viza, pasport, bir sözlə, hər şey hazır idi. Artıq vətəndaşlığım da var idi. Lakin onlar Kolumbiya Boks Federasiyası ilə əlaqə saxladıqdan sonra dərhal vətənimə qayıtmağımı istədilər”.

Bənzər xəbərlər