featured-image-14149

2010-2016-cı illərdə “Terek”in (indiki “Axmat”) şərəfini qorumuş Maurisio Qroznıda başına gələnlərdən danışıb.

Msport.az “Sport24.ru”ya istinadən xəbər verir ki, braziliyalı futbolçu əvvəlcə Çeçenistanda çəkinlik çəkdiyini etiraf edib:

“Braziliyada həmişə şortla gəzirdim. Qroznıya gəldim, mənə dedilər olmaz. Bir az sonra Ektor Brakamontedən soruşdum ki, “Rusiyada ümumiyyətlə, şort geyinmək olmaz”? Onu gülmək tutdu. Həmin vaxt doğrudan elə düşünmüşdüm (gülür).

Şorta qadağa mənim üçün sürpriz olsa da, problem yaratmadı. Ənənələrə hörmət edirəm. Həyat yoldaşım da yanıma gələndə uzun yubkada gəzirdi. Amma o da mənim kimi tez öyrəşir belə şeylərə”.

Maurisio “Terek”dən başqa, Rusiyada “Zenit”, Yunanıstanda PAOK və “Panatinaikos” klublarında da çıxış edib.

Bənzər xəbərlər