featured-image-40686

Albaniya millisinin baş məşqçisi Silvinyo ötən ay Azərbaycan yığmasından ayrılan Canni De Byazidən inciyib.

Msport.az xəbər verir ki, bu barədə braziliyalı mütəxəssisin özü mətbuata açıqlamasında deyib.

Silvinyo bildirib ki, Albaniya seçməsini Avropa çempionatının final mərhələsinə çıxarmasına baxmayaraq, italiyalı çalışdırıcı onu təbrik etməyib.

Qeyd edək ki, Albaniya millisi tarixində ilk dəfə məhz De Byazinin rəhbərliyi altında 2016-cı ildə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Bənzər xəbərlər