“Məni üzən buraxdığımız qoldur” – Samir Abasov
“Bilirdik ki, burada bizim üçün çətin olacaq. Futbolçular süni örtükdə əziyyət çəkdilər”.
Msport.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın XVII turunda səfərdə “Kəpəz”lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis matç ərzində hər iki komandanın təzyiq etdiyini bildirib: “Oyun üslubumuza sadiq qalaraq mövqe hücumlarına çıxırdıq. Məni üzən buraxdığımız qoldur. Həmin ərəfədə rəqibin təzyiqi var idi. Təəssüf ki, qarşısını ala bilmədik. Futbolçularla danışılası çox şey var.
Kubokdan əlavə bir oyunumuz qalıb. Zədəli oyunçularımız yavaş-yavaş qayıdır. Bu, sevindirici haldır. Hamısı tam şəkildə sıralarımıza dönsə, daha da yaxşı olacağıq. Uzun yol gəlib bizi dəstəksiz qoymayan azarkeşlərimizə də təşəkkür edirəm”.







