featured-image-69376

Azərbaycan millisinin kapitanı Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsinin Bakıda Ukrayna ilə keçirilən oyundan (1:1) sonra jurnalisltərə açıqlama verib. Msport.az xəbər verir ki, təcrübəli futbolçu əvvəlcə azarkeşlərə təşəkkür edib:”

“Azarkeşlərə təşəkkür edirəm ki, bizə motivasiya verdilər, möhtəşəm idilər. İlk oyunda 0:5 uduzsaq da, oyunumuza gəldilər, dəstək oldular”.

Bu oyunda fərqlənməklə millidəki qol sayını 15-ə çatdıran və yığmanın ən məhsuldar futbolçusu olan yarımmüdafiəçi bu haqda da fikirlərini bildirib: “Bombardir olduğum üçün çox xoşbəxtəm, möhtəşəm hissdir. Buna görə komanda yoldaşlarıma təşəkkür edirəm, Onlarsız bu rekordu yeniləyə bilməzdim. İndi qol vurmaq məncə, daha rahat olacaq. Rekordu yeniləmək üçün lazım olan bir qolu çox gec vurdum. Bir ildən çox çəkdi. Amma bundan sonra daha rahat olar”.

E.Mahmudov oyunda çox əziyyət çəkdiklərini bildirib: “Çalışırdıq ki, maksimumu yerinə yetirək. Baş məşqçi Ayxan Abbasova təşəkkür edirəm ki, 0:5 hesablı məğlubiyyətdən sonra bizə motivasiya verdi. Komandanı psixoloji cəhətdən oyuna yaxşı hazırladı. Bir günə çox yaxşı işlər gördü”.

Millinin kapitanı “müvəqqəti baş məşqçi Ayxan Abbasov millidə nəyi dəyişdi ki, nəticə qazandınız” sualını isə belə cavablandırıb:  “Bir günə çox şeyi dəyişə bilməzsən. Bizə stimul olmaq üçün bəzi sözlər dedi. Bəzi taktiki gedişlərdə də dəyişiklik etdi. Maksimum nə dəyişə bilərdisə onu da etdi. İnanıram ki, növbəti matçlarda da uğurlu nəticələr qazanacağıq. Yerli məşqçilərin işləməyi daha rahatdır. Çünki onlar futbolçuları, çempionatı yaxşı tanıyır. Ayxan müəllim bizi tanıdığına görə bir günə nəyisə dəyişə bildi. Mənim üçün kimin gəlməsi fərq etməz, amma yerli məşqçi ilə işləmək daha rahatdır”.

 

Bənzər xəbərlər