featured-image-71773

İngiltərəli sabiq FİFA referisi Hovard Uebb məhkəməyə verilib. Msport.az xəbər verir ki, məşhur referi hazırda İngiltərə Hakimlər Komitəsinin rəhbəridir.

O, qadın futbol hakiminin karyerasını məhv etməkdə ittiham olunur. İngiltərə Liqasının sabiq hakimi Liza Benn məhkəməyə müraciət edib. Onun sözlərinə görə, Premyer Liqada köməkçi hakim olan Stiv Çayldan şikayət etdikdən sonra oyunları idarə etməkdən uzaqlaşdırıllıb.

L. Benin sözlərinə görə, Çayld 2023-cü ildə oğlanların turnirində ona fiziki güc tətbiq edib.

Uebb məhkəmədə Hakimlər Komitəsinin adından ifadə verəcək.

 

 

Bənzər xəbərlər