featured-image-82300

Lionel Messi və Kriştianu Ronaldu bir komandada oynayacaqlar.

Msport.az xəbər verir ki, bu haqda Argentina millisinin sabiq futbolçusu Karlos Teves məlumat verib.

Vida matçı 2026-cı ilin dekabrına planlaşdırılır. Oyun Buenos-Ayresdəki “La Bombonera” stadionunda keçiriləcək.

“Mən həmişə Kriştianu ilə Leonu bir komandada görməyi arzulayırdım. Onlar bütün zamanların iki dahi futbolçusudur. Onlarla əlaqə saxladım. xüsusən də Kriştianu ilə. Dedim ki, istəyirəm, səninlə Messi mənim vida oyunumda bir komandada çıxış edəsiniz. Qoy bütün dünya bu möcüzəni bir dəfə öz gözləri ilə görsün.

O, dedi ki, gələcək. Leonu da razı salmaq çətin olmadı. Hər ikisi mənə öz razılığını verdi. Səbirsizliklə bunu gözləyirəm. Bu oyun çox emosional olacaq” – Karlos Teves belə deyib.

Teves Ronaldu ilə “Mançester Yunayted”də, Messi ilə  Argentina millisində oynayıb.

 

Bənzər xəbərlər