featured-image-72265

Argentina millisinin hücumçusu Lionel Messinin Mar-del-Plata şəhərindəki heykəli vandallar tərəfindən zədələnib.

Msport.az xəbər verir ki, El Nuevo Mundial kafesinin girişində yerləşən heykələ naməlum şəxslər hücum edərək onu iki yerə bölüblər.

Heykəldə Messi Argentina millisinin formasında, əllərində dünya çempionluğunun kuboku ilə əks olunmuşdu. Skulptura 2022-ci ildə Qətərdə qazanılan dünya çempionluğuna həsr olunub.

Hazırda hadisənin detalları araşdırılır. Heykəlin bərpa olunub-olunmaması ilə bağlı qiymətləndirmə aparılacaq.

Qeyd edək ki, bu, Messinin həmin heykəlinə ikinci dəfə edilən vandal hücumdur. 2024-cü ildə skulpturaya başsız vəziyyətə salınmışdı.

Bənzər xəbərlər