Mezzotero “Sampdoriya”da dubl etdi
Azərbaycanın U-21 millisinin hücumçusu Lorenso Mezzotero “Sampdoriya”nın heyətində növbəti qollarını vurub.
Msport.az xəbər verir ki, gənc futbolçu İtaliya B seriyasında 13-cü turunda “Padova” ilə səfər görüşündə dubl edib.
O, 19 və 84-cü dəqiqələrdə fərqlənib. “Sampdoriya” matçdan 2:1 hesabı ilə qalib ayrılıb. bu qollar sayəsində qələbə qazanıb Mezzotero oyunu əvəzlənmədən keçirib.
Bu, forvardın “Sampdoriya”nın əsas komandasında vurduğu 4-cü qol olub. O, ötən tur “Benevento” ilə oyunda da qol vurmuşdu







