featured-image-85255

Elçin Məsiyev FİFA U-17 Dünya Çempionatının qrup mərhələsinin 3-cü turunda keçiriləcək Vyetnam – Mali oyununa təyinat alıb.

Msport.az xəbər verir ki, FİFA referisinə Elşad Abdullayev və Pərvin Talıbov yan xətt hakimi kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qətərdən olan Abdulhadi Alruyali, ehtiyat köməkçi hakim funksiyasını isə həmyerlisi Zahi Snaid Əlşammari yerinə yetirəcək.

 

Qeyd edək ki, noyabrın 26-da Qətərin Doha şəhərindəki “Aspire Zone” kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Bənzər xəbərlər