featured-image-85251

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında 5-ci turun oyununa çıxıb.

Msport.az xəbər verir ki, “bayquşlar”  Bakıda “Barselona” ilə qarşılaşıb.

“Bank Respublika Arena”da keçirilən matç qonaqların qələbəsi ilə başa çatıb – 0:7.

Maraqlıdır ki, komandalar fasiləyə 0:0 hesabı ilə yollanıblar.

Xatırladaq ki, Adino Mustedanaqiçin baş məşqçisi olduğu “Sabah”ın U-19 komandası əvvəlki 4 matçın hamısında uduzub. Komanda hazırda turnir cədvəlində 36-cı pillədə qərarlaşır.

“Sabah” U-19 (Azərbaycan) – “Barselona” U-19 (İspaniya)

Qollar: Rodriqez, 62, Qistau, 65, 75, Mixal, 82, Buil, 83, Tavares, 89, Fofana, 90+1

Qırmızı vərəqə: Bakare, 33 (“Sabah”)

Bənzər xəbərlər