“Tottenhem” gənc futbolçusu ilə yeni müqavilə imzaladı
“Tottenhem” Luka Uilyams-Barnettlə yeni müqavilə bağlayıb.
Msport.az xəbər verir ki, London klubunun yetirməsi olan 18 yaşlı futbolçu ilə anlaşmanın müddəti açıqlanmayıb.
Hücumameyilli yarımmüdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında 3 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə verib.







