Mikels “Sabah”ı qələbəyə daşıdı
Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Msport.az xəbər verir ki, günün ilk matçında “Şamaxı” “Sabah”ı qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1. 1-ci dəqiqədə qonaqlardan Coy Lens Mikels fərqlənib. 58-ci dəqiqədə Dioqo Balau tarazlığı bərpa edib. 76-cı dəqiqədə Mikels dubl müəllifi olub.
Meydan sahibləri ilk turda səfərdə “Neftçi” ilə bərabərə qalib -1:1. “Sabah” – “Qarabağ” oyunu isə təxirə salınmışdı.
Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Neftçi” “İmişli” ilə heç-heçə edib. “Sumqayıt” “Qarabağ”ı (1:0), “Karvan-Yevlax” “Kəpəz”i (3:2) məğlub edib. Tura avqustun 25-də “Qəbələ” – “Zirə” matçı ilə yekun vurulacaq.