featured-image-71712

“Milan”ın qış transfer pəncərəsi üçün hədəflərindən biri müəyyənləşib.

Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.

A seriyası təmsilçisi “Renn”in gənc hücumçusu Mohamed Kader Meyteni izləyir. “Milan” hətta 18 yaşlı futbolçu üçün Fransaya skautlar da göndərib.

Mohamed Kader Meyte “Renn”in əsas komandası ilə 24 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə verib. O, cari mösümdə 11 oyunda 2 dəfə fərqlənib.

Bənzər xəbərlər