featured-image-72273

“Milan” Fransanın “Anje” klubunun hücumçusu Sidiki Şerifə maraq göstərir. Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

18 yaşlı forvard Liqa-1-in ən istedadlı futbolçularından biri sayılır. “Milan”ın skaut qrupu cari mövsümün əvvəlindən gənc oyunçunu izləyir.

Şerifin “Anje” ilə müqaviləsi 2028-ci ilin iyununa qədərdir. O, cari mövsüm Fransa çempionatında 14 oyunda 3 qol vurub.

Transfermarkt hücumçunu 2 milyon avro dəyərləndirir.

 

Bənzər xəbərlər