featured-image-13349

Almaniya millisinin üzvləri Leon Qoretska və Manuel Noyer koronavirusa yoluxublar.

Msport.az xəbər verir ki, Almaniya Futbol İttifaqının rəsmi saytı bu barədə məlumat yayıb.

Bundestimin üzvləri çərşənbə günü səhər saatlarında test veriblər. İki futbolçunun testi pozitiv çıxıb. Qoretska və Noyer təcrid olunublar və onlar yaxın saatlarda milli komanda qalan oteli tərk edəcəklər.

“Bayern Münhen”in oyunçuları ilə təmasda olan futbolçular hər gün test verməli olacaqlar.

Noyer və Qoretska sentyabrın 23-də Macarıstan, sentyabrın 26-da isə İngiltərə ilə Millətlər Liqası oyunlarını buraxacaqlar.

Bənzər xəbərlər