featured-image-13678

“İnter”in yarımmüdafiəçisi Marselo Brozoviç Xorvatiya milli komandasının düşərgəsində zədə alıb.

Msport.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçu Millətlər Liqasında Avstriya ilə oyunun (3:1) 18-ci dəqiqəsində əvəzlənib. Yarımmüdafiəçidə budun arxa hissəsində əzələ yırtılması aşkar edilib. Bu zədəyə görə, yarımmüdafiəçi ən azı 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Brozoviç “İnter”in düşərgəsinə döndükdən sonra yenidən müayinədən keçəcək və sonra zədənin nə dərəcədə ciddi olduğu tam bilinəcək.

Xorvatiyalı futbolçu Çempionlar Liqasında “Barselona” ilə hər iki görüşü buraxmalı oalcaq.

Brozoviç bu mövsüm “İnter”in heyətində bütün turnirlərdə 9 oyunda 2 qol vurub.

Bənzər xəbərlər