featured-image-38485

Milli komandamızın Avstriya ilə oyunundan (0:1) sonra 3 futbolçu 21 yaşlılardan ibarət yığmanın heyətinə yollanıb. Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Azersun Arena”da Lüksemburqla qarşılaşacaq.

Baş məşqçi Samir Əliyev “Qarabağ”dan Nəriman Axundzadəni, “Qəbələ”dən Emin Səfərovu və Bolqarıstan “Arda”sından Cəlal Hüseynovu sərəncamına çağırıb.

Səfərov Avstriya ilə görüşün 65-ci dəqiqəsində Coşğun Diniyevi əvəzləyib. Hüseynov və Axundzadə isə Avstriyaya qarşı oynamayıblar.

Qeyd edək ki, Azərbaycan – Lüksemburq matçı bu gün saat 18:00-da start götürəcək.

Bənzər xəbərlər