featured-image-61841

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində mübarizəni davam etdirir.

Msport.az xəbər verir ki, komandamız B Liqasında bu gün ikinci matçına çıxacaq.

4-cü qrupda qərarlaşan komandamız meydan sahibi Albaniya ilə qarşılaşacaq. Oyun Eqnatiyadakı “Rroqojine” stadionunda baş tutacaq. İtaliyalı baş hakimin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, U-19 qrupdakı ilk görüşündə Şimali İrlandiyaya 0:4 hesabı ilə məğlub olub.

Bənzər xəbərlər