Millimiz bu gün ilk oyuna çıxır
16 yaşlılardan ibarət milli komandamız Minskdə keçirilən “İnkişaf Kuboku” turnirində bu gün ilk oyununu keçirəcək.
Msport.az xəbər verir ki, İlham Yadullayevin rəhbərlik etdiyi yığmamız Belarusun U-17 komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, komandamız A qrupunda Rusiya (U-16), Özbəkistan (U-17) və Belarus (U-17) komandaları ilə mübarizə aparacaq. B qrupunda isə Tacikistan (U-16), Rusiya (U-17), Qazaxıstan (U-17) və Belarus (U-16) komandaları çıxış edir.







