Millimiz bu gün son oyununa çıxır
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində son oyununa çıxacaq.
Msport.az xəbər verir ki, millimiz üçüncü matçında Monteneqro ilə qarşılaşacaq.
Komandamız bununla B Liqasının 4-cü qrupundakı çıxışını başa vuracaq. Görüş Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda reallaşacaq. Rumıniyalı baş hakimin idarə edəcəyi matç Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Qeyd edək ki, U-19 qrupda keçirdiyi ilk iki oyununda Şimali İrlandiya və Albaniyaya 0:4 hesabı ilə məğlub olub.