featured-image-38944

Azərbaycan millisi FIFA reytinqində yeni mövqeyi bəlli olub

Msport.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, yığma 1155.91 xalla 120-ci sıradadır.

Komanda son olaraq AVRO-2024-ün seçmə mərhələsində Estoniyaya səfərdə 2:0 hesabı ilə qalib gəlib, evdə Avstriyaya məğlub olub – 0:1.

Millinin rəqiblərindən Belçika (1793,1) 5-ci, İsveç (1545,76) 23-cü, Avstriya (1535,41) 25-ci, Estoniya (1159,33) isə 118-ci yerdədir.

Son dünya çempionu Argentina 1861,29 xalla liderdir. Fransa (1853,11) ikinci, Braziliya (1812.2) üçüncüdür. Türkiyə yığması isə 1498,5 xalla 38-ci mövqedə qərarlaşıb.

Bənzər xəbərlər