Millimiz finala vəsiqə qazandı
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Msport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiyanı məğlub edib.
“Tipos Arena”dakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Millimizin heyətində Xətai Bağırov fərqlənib.
Penaltilər seriyasında daha dəqiq oynayan komandamız finala yüksəlib.
Azərbaycan millisi finalda Ukrayna ilə qarşılaşacaq. Matç iyunun 4-də keçiriləcək.







