Millimiz ikinci oyununa çıxacaq
Bu gün Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevodakı Avropa çempionatında ikinci matçını keçirəcək.
Msport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda İtaliya seçməsi ilə qarşılaşacaq.
Görüş saat 19:00-da başlayacaq.
Azərbaycan millisi dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub – 1:3.
Qeyd edək ki, komandamız iyunun 4-də Fransa ilə qarşılaşacaq.