featured-image-46411

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Msport.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Bakıda İsveçrəni qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə bitib – 0:4.

Qeyd edək ki, millimiz yer aldığı B Liqasının I qrupunun ilk matçında səfərdə Macarıstanla heç-heçə edib – 1:1. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib.

Bənzər xəbərlər