Millimiz məğlub oldu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Msport.az-ın məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu yığma Bakıda Şimali İrlandiyanı qəbul edib.
“Azərsun Arena”da gerçəkləşən qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 1:0. Rəqib 38-ci dəqiqədə azlıqda qalıb, bir dəqiqə sonra isə Camal Cəfərov penaltidən yararlana bilməyib.
F qrupundakı digər matçlarda Ukrayna Lüksemburqla, İngiltərə Serbiya ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda səfərdə Serbiyaya 0:2 hesabı ilə uduzmuşdu.