featured-image-63854

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində mübarizəyə başlayıb.

Msport.az xəbər verir ki, komandamız bu gün ilk oyununu keçirib.

Aqil Nəbiyevin yetirmələri yerli komanda ilə qarşılaşıb. Moldovalılar birinci hissədə vurduqları yeganə qolla 1:0 hesablı qələbə qazanıb.

U-17 matça bu heyətlə çıxıb: 1. Rauf Əyyubov, 3. Sahib Xəlilli, 4. Rəşad Gülüşov, 5. Səttar Tahirzadə (k), 6. Toğrul Mehdizadə, 7. Muhamməd Çodarov, 8. Nihad Cəfərzadə, 9. Nicat Kərimov, 10. Samir Şərifov, 11. Pünhan Kərimov, 13. Nihad Hüseynzadə.

Qeyd edək ki, komandamız növbəti oyunlarını aprelin 16-da Gürcüstanla, 19-da isə Estoniya ilə keçirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Bənzər xəbərlər