featured-image-69364

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununu keçirib. Msport.az xəbər verir ki, yığmamız Tofiq Bəhramov adına Respublika Stadionunda Ukraynanı qəbul edib.

Oyuna Ayxan Abbasovun rəhbərliyi altında çıxan komandamız 1-1 hesabı ilə bərabərə qalib.

Qonaqlar 51-ci dəqiqədə Qeorqi Sudakovun qolu ilə hesabı açsalar da, Emin Mahmudov 72-ci dəqiqədə penalti zərbəsi ilə komandamıza 1 xal qazandırıb.

Milli komandamız 2 oyundan sonra 1 xal toplayıb. Ukraynanın da iki oyundan sonra 1 xalı var.

Bənzər xəbərlər