featured-image-38946

Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərindəki dünya çempionatında iştirak edəcək minifutbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Msport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Çexiya ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, dünya çempionatına bu gün start verilir. G qrupunda yer alan Azərbaycan millisi ayın 27-də İraq, 29-da Misir, 31-də isə Küveytlə qarşılaşacaq.

Bənzər xəbərlər