Millimizdə yeni təyinat olacaq
Azərbaycan millisinin məşqçilər korpusunda yeni təyinat gerçəkləşəcək.
Msport.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Fernandu Santuş açıqlayıb.
O, bu gün AFFA-nın inzibati binasında təşkil olunan mətbuat konfransında bildirib ki, komandaya yerli məşqçi təyin ediləcək: “Əlbəttə, yerli məşqçi olacaq. Bu bizim üçün önəmlidir. Hər bir milli komandada yerli məşqçinin olması vacibdir. Ola bilsin ki, qarşıdakı oyundan öncə bunu açıqlayacağıq”.
Qeyd edək, bir müddət əvvələ qədər millinin məşqçilər korpusunda yerli çalışdırıcı Arif Əsədov olub. Onun postundan ayrılmasından sonra bu vəzifə boşdur.