Millimizdən heç-heçə
19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində sonuncu matçına çıxıb.
Msport.az xəbər verir ki, komanda Moldova ilə üz-üzə gəlib.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, U-19 daha əvvəl Sloveniyaya 0:9, Kosovoya 0:3 hesabı ilə uduzub.