Millimizdən heç-heçə
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Msport.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Bosniya və Herseqovina seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, U-19 noyabrın 18-də Niderland, 21-də Lüksemburqla görüşəcək.