Millimizdən növbəti qələbə
Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçını keçirib.
Msport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Farer adalarını qəbul edib.
“Dalğa Arena”da reallaşan qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib. 69-cu dəqiqəsə Nigar Mirzəliyeva fərqlənib.
Komandamız C Liqasının 3-cü qrupunu 16 xalla birinci pillədə başa vurub. Millimiz ötən turda liderliyi təmin edərək B Liqasına yüksəlmişdi.