featured-image-62087

“İlk rəqibimiz Şimali İrlandiya çox güclü komanda idi. Onlar qrupdakı hər üç oyunda böyükhesablı qələbə qazandılar”.

Msport.az xəbər verir ki, bunu 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Həbib Ağayev deyib.

O, AFFA-nın rəsmi saytına açıqlamasında Avropa çempionatının II seçmə mərhələsi çərçivəsində Albaniyada keçirdikləri oyunları dəyərləndirib: “Albaniya və Monteneqro təxminən bərabər gücdə idilər. İlk matçdan sonra komandamızda bir az yorğunluq yaranmışdı. İkinci görüşdə fərdi səhvlərdən Albaniyaya uduzduq. Monteneqro ilə görüşdə komandamız istədiyimiz formaya çatmışdı. Qrupumuzda ikinci yeri tutan Monteneqronu məğlub edə bilərdik. Ancaq yüz faizlik qol imkanlarını əldən verdik. Bu oyunlar komandamız üçün yaxşı təcrübə oldu. Qızlar əllərindən gələni etdilər”.

Qeyd edək ki, U-19 millimiz B Liqasının IV qrupunda Şimali İrlandiya (0:4), Albaniya (0:4) və Monteneqro (1:2) yığmaları ilə mübarizə aparıb.

Bənzər xəbərlər